Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-20 15:42:00
Övladı məktəbə yeni başlayan valideynlərə TÖVSİYƏ

Hazırda övladı məktəbə yeni başlayan valideynlər bir sıra çətinliklərlə üzləşirlər. Onların öhdəsinə düşən isə övladlarının məktəb həyatına tez adaptasiya olması, psixoloji dəstəkdir.

 

 

 

AzEdu.az belə valideynlərin əməl etməli olduqları prinsipləri təqdim edir:

 

 

 

-Məktəbə həvəslə yola salın

 

 

 

Valideynlər uşaqlarının böyüməsi ilə bağlı qarışıq duyğular hiss edirlər. Bir tərəfdən sevinib, fəxr hissi keçirər, digər tərəfdən təəccüblənərlər. Uşaqların xoş və inamlı formada məktəbə yola salmalısınız. Beləliklə, özlərini daha inamlı hiss edəcəklər. Özlərinə əmin olacaqlar.

 

 

 

-Onu məlumatlandırın

 

 

 

Məktəbə başlamadan əvvəl, orada nə ilə qarşılacağı ilə bağlı məlumat verin. Məktəb qaydalarını ona başa salın. Hazır olmağı, narahatlığını azaldacaq.

 

 

 

-Dinləyin

 

 

 

Xüsusilə, ilk həftələr uşağınızla daha çox ünsiyyət qurun. Necə hiss etdiyini, hansı hadisələrlə qarşılaşdığını soruşun. Ona vaxt ayırın.

 

 

 

-Həddindən artıq yüklənməyin

 

 

 

Övladınızın akdemik bacarığı ilə bağlı istəklərinizə diqqət edin. Ona ritmini tapmaq üçün vaxt verməlisiniz. Həddindən artıq sıxmayın. Müəllimin işini öz üstünüzə götürməyin.