Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 10:48:13
MİQ-in müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsinin VI günü ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, rus dili və ədəbiyyat, təsviri incəsənət, biologiya və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunub.

 

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, Müsahibələrə 763 nəfər dəvət olunub.

 

Qeyd edək ki, müsahibə mərhələsinin VI günü Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov müsahibələrin gedişatı ilə tanış olublar.