Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 11:55:48
“Məktəb liderliyi” proqramının müsahibə mərhələsi...

Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə həyata keçirdiyi “Məktəb liderliyi” proqramının (#MLP) 2-ci çağırış üzrə test imtahanı mərhələsində uğur qazanmış namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, avqustun 28-dən “Məktəb liderliyi” proqramının 2-ci çağırış üzrə müsahibə mərhələsinə start veriləcək. Müsahibənin vaxtı və yeri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndəriləcək.

 

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsahibələr əyani, digər şəhər və rayonlar üzrə isə onlayn şəkildə təşkil ediləcək.