Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-12 16:26:08
ADNSU - nun tələbələri Şuşada

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup yerli və əcnəbi tələbəsi Şuşada olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Tələbələrə Şuşanın tarixi haqqında ətraflı məlumat verilib. Şuşanın təbiəti, Cıdır düzü, Vaqifin məqbərəsi, Mir Mövsüm Nəvvabın ev-muzeyi, Azərbaycanın görkəmli opera müğənnisi Bülbülün ev-muzeyi tələbələrin diqqətini xüsusilə cəlb edib.

 

ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb. Böyük Qələbənin sonsuz qürur hissləri doğurduğunu söyləyən V.Əskərov torpaqlarımızın azadlığı uğrunda ADNSU-nun 23 tələbə və məzununun şəhid olduğunu vurğulayıb. O, hazırda Şuşada, Laçında, Füzulidə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda geniş miqyasda quruculuq tədbirlərinin həyata keçirildiyini bildirib.

 

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Alman Akademik Mübadilə Xidmətinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Yay Məktəbinin iştirakçısı olan yerli və əcnəbi tələbələrə sertifikatlar təqdim olunub.