Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 17:07:58
ADNSU: Beynəlxalq yay məktəbində ilk mühazirə...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda yay məktəbində ilk mühazirə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dinlənilib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

ADNSU və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil olunan 5-ci beynəlxalq yay məktəbinə Azərbaycandan və Almaniyadan tələbələr qatılıb. Yay məktəbində akademik hissədən başqa, iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunacaq. İştirakçılar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, BP-nin və SOCAR-ın baş ofislərində, Heydər Əliyev Mərkəzində, Şəki şəhərində, Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərində ekskursiyada olacaqlar.