Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 08:52:00
Bu gün 38 dərəcə isti olacaq

Bu gün Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometreologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.