Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 13:30:00
Regional Təhsil İdarəsində TƏYİNAT
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini təyin olunub.

 
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Cavadov Cavad Alı oğlu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini təyin olunub.

 
Qeyd edək ki, Cavad Cavadov indiyə qədər Göyçay rayonu Potu kənd M.Məmmədov adına tam orta məktəbində direktor, 2022-ci ilin iyun ayından isə regional idarədə Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.