Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 11:14:36
Dənizdə boğulanların TƏQSİRİ

Yayın əvvəli, göl, çay, dənizlərdə çimmək mövsümünün başlanğıcıyla sularda batanlar haqqında xəbərlər hər il yayılır. Bu il də həmçinin... Yalnız son günlər xilasetmə zamanı Naxçıvanda göldə batan və dənizdə batanlar haqqında bir neçə məlumat oxudum.

Xilasetmə zamanı batan istisna, bunun bir səbəbi Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) üzərindədirsə, bir qismi də çimənlərin, bəxti gətirməyib batanların özünün ehtiyatsızlığı, səhlənkarlığı və savadsızlığı nədənindəndir.

Bu acı həqiqəti etiraf etmək gərək…

Xəzərdə batan idmançı görkəmli, əzələli qolları və bədəni göz oxşayan neçə gəncin şəkli Facebook-u dolaşıb. Səviyyəli idmançıya oxşayan gənclər ickili ya narkotikli deyilsə, çiməndə niyə batmalıdır? Axı bədən tərbiyəsi, fiziki mədəniyyəti, idman kültürü deyilən bir şey var. Bir dostum soruşdu ki, pəhləvan cüssə niyə insanın köməyinə gəlmir, əzələli qolları və qıçları niyə gəncin üzüb sahilə çatmasına yardım etmir?

Əvvəla, dənizin, dalğaların gücü elə nəhəngdir ki, qarşısında insanın güçü, istər böyük əzələli olsun, istər arıq və zəif, elə bir fərq eləmir və önəmi yoxdur. Amma bilik və bacarıqların, üzmək və davranış texnikasının və təcrübəsinin böyük önəmi var.

Şəkildən görünür ki, batan 20-25 yaşlı gənc üzgüçülüklə məşğul olmayıb, bu aydın. Üzgüçülərin əzələləri, bədəni başqa biçimdə olur.

Maraqlanıb öyrəndim ki, həyatını itrən gənclərdən birinin əsas məşqləri trenajörlərdə olub. Belə cavabı gözləyirdim. Yalnız trenajörlə məşğul olanların nəfəsi, yəni nəfəsalma qabiliyyəti, - rusca buna "дыхание" deyirlər, - ürək və ağ ciyərlərinin inkişafı adətən bədən və çiyin əzələlərinin inkişafından, həcmi və çəkisindən, eləcə də ürək-bədən çəkisi nisbətindən geri qalır.

Bu dediyim amillər adamın üzgüçülük və ya sadəcə dənizdə çimmək, dərində üzmək imkan və bacarığına mənfi təsir göstərərək ehtiyatsızlıq ya sahildən uzaqlaşmaq hallarında boğulma riskini və ehtimalını artırır...

Bu qanunauyğunluğu çoxdan bilirəm, 1970-ci illərin ortaları, sonunda özüm bodibildinqlə məşğul olub 10 kilo çəki yığan zamanlarda. İdman kitabları, dərsliklərində də yazılıb. Amma indi kitab oxuyan kimdir?

Bu bilgi 2005-06-cı illərdə Novxanının köhnə adı "Gəmiqaya" motelinin çimərliyində xilaskar işləyəndə bir daha təsdiq olundu. Bizim təhlükəsizlik xidməti, indini bilmirəm, o vaxtlar tanınan P.S.S. şirkətinin əməkdaşlarından bir neçə gənc yaxşı üzmək öyrənmək istədiklərini dilə gətirdilər və məndən məşqçilik istədilər. Razı oldum, təbii - həmişə üzgüçülüyü təbliğ etmişəm, öyrətmişəm. .

Məşq zamanı məlum həqiqət, istənilən idman növləriylə - güləş, cüdo, boksla məşğul olanların yalnız trenajör vasitəsilə əzələlərini şişirdənlər, kaçoklar üzərində üstünlüyü dərhal ortaya çıxdı. Güləş, cüdo, boksçular üzmək təmrinlərini daha tez öyrənirdilər, həm hərəkətlərinin koordinasiyası, həm də nəfəsləri daha dərin, güclü və yaşı idi. “Kaçoklar” isə tez yorulur, təngnəfəs oludular.

Məsələ burasındadır ki, idmançıların ürək əzələlərinin, divarlarının qalınlığı və gücü, ciyərlərin içinə daha çox hava və deməli oksigen çəkmək imkanı və qabiliyyəti, nəfəs sistemi daha güclü və artıq olur. Özəlliklə ancaq trenajördə məşq edənlərə nisbətən. Bu sonuncularda isə əksinə. Çəkisi böyük, böyük əzələli bədəndə ona uyğun olmayan, nisbətən zəif ürək böyük maşına qoyulmuş zəif motor kimidir, problem yarada bilər. Gündəlik həyatda, sahildə hiss olunmaya bilər, amma dənizdə, sahildən aralı dərinlikdə...

Dediyim kimi, hər hansı idman növüylə məşğul olanlar daha artıq və güclü olur, üzməyin təmrinlərini, texnikasını də da daha tez öyrənirdilər. Bu məlum və danılmaz bir faktdır.

Bəlkə yalnız trenajördə məşq edənlər kitab oxumurlar, bu sadə həqiqətləri bimir, ürək-damar sistemini gücləndirmək üçün piyada gəzmir, qaçmırlar?

Axı təhsilin səviyyəsinin düşməsi yalnız fizika, riyaziyyat, kimya, ədəbiyyat və b. fənlərə aid deyil, idman fənlərinə də, bədən tərbiyəsinizin əsaslarına da aiddir. Ona də görə dənizdə çiməndə, üzəndə gənclər əzələli bədəninə, kimisə yıxmağı bacarığına arxayın olub sahildən uzaqlara, dərinə gedirlər, sonra isə qayıda bilmirlər...

Halbuki güclü üzgücü ya güləşçi olmaq üçün qol, çiyin və bədən əzələlərini şişirdib üfləmək lazım deyil, ürək-damar sistemini məşq elətdirmək lazımdır…

Təbii ki, məsələ yalnız fiziki və texniki hazırlıqda deyil, bütün təhlükəsizlik qaydalarına riayət etmək lazımdır - FHN, DSXX təlimat və tövsiyələrinə əməl etmək, güclü küləkdə, böyük dalğada, təhlükəli qayalar arasında çimməmək, uzağa getməmək, suya içkili və çox yeyəndən sonra girməmək və b. belə məqamlar.

Dənizlə zarafat eməyin! Həmişə ehtiyatlı olun!


Çingiz Sultansoy