Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 17:45:00
Təsviri incəsənət müəllimliyi üzrə imtahan verənlərin nəzərinə!

28-29 iyul 2023-cü il tarixlərində Gəncə şəhərində təsviri incəsənət müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçiriləcək. İmtahanlar Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təşkil edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

 

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Qabiliyyət imtahanlarının qrafiki ilə daha ətraflı buradan tanış ola bilərsiniz.