Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 12:24:13
Rektor magistr olacaq şəhid övladını qəbul etdi

Vətən müharibəsinin şəhidi Yasən Əhmədovun Mingəçevir Dövlət Universitetinin (MDU) magistraturasına qəbul olunmuş övladı Yunis Əhmədli rektorun qəbulunda olub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı rektor Şahin Bayramov ictimailəşdirib.

Rektor Şahin Bayramov 2019-2023-cü illərdə MDU-da bakalavriat təhsili almış Yunisi təbrik edib, magistratura səviyyəsi üçün də doğma universitetini seçdiyinə görə ona təşəkkürünü bildirib.

Qeyd edək ki, şəhid Yasən Əhmədovun digər övladı Yelmar Əhmədli da hazırda MDU-da II kursda təhsil alır.

“Şəhid qardaşımızın yadigarları olan tələbəmiz və magistrantımızla qürur duyuruq!
Layiqli övladlar böyüdən hörmətli Aygün xanıma təşəkkür edirik!”, -deyə rektor sosial şəbəkədə qeyd edib.