Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-22 11:57:00
Dünyada ekstremal istilər davam edəcək


2023-cü ilin avqustunda dünyanın əksər yerlərində ekstremal istilər davam edəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının müşaviri Con Neyrn proqnoz verib.

 

O bildirib ki, bu cür isti dalğalarının avqust ayında da davam edə biləcəyini nəzərə almalıyıq.

 

Müşavirin sözlərinə görə, dünyada qlobal temperatur artımı tendensiyası müşahidə olunur. İqlim dəyişikliyi fonunda istilik dalğaları daha da intensivləşə bilər.

 

Qeyd edək ki, NASA-nın Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun iqlimşünası Hevin Şmidt də 2023-cü ilin iyulunun tarixin ən isti ay ola biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bütün dünyada hava dəyişiklikləri baş verir.