Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 20:51:52
II və III qruplarda 13 nəfərin nəticəsi LƏĞV OLUNDU

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34234 abituriyentdən (II qrup üzrə 15611 nəfər, III qrup üzrə 18623 nəfər) 738 nəfəri (II qrup üzrə 424 nəfər, III qrup üzrə 314 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.