Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 15:49:32
AMEA-da “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə bu qurumun AMEA Rəyasət Heyəti üzrə ərazi partiya təşkilatının birgə tədbiri keçirilib.


Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxanadakı büstü önünə gül dəstələri qoyaraq, dahi liderin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.


Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Görkəmli dövlət xadimi xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib.

Sonra Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın intibahının Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladığını bildirib, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət quruculuğu sahəsində görülən işlərdən bəhs edib. Bildirib ki, görkəmli dövlət xadiminin hakimiyyəti illərində ölkəmizdə iqtisadiyyat, sosial sahə, sənayeləşmə, aqrar sahə, elm, təhsil, mədəniyyət və digər sahələr özünün yüksək inkişaf səviyyəsinə çatmış, Azərbaycan keçmiş Sovet
İttifaqına daxil olan ölkələr arasında ən inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir.