Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 17:36:28
BDU-nun magistraturasına qəbul olunanlara XƏBƏRDARLIQ

Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olmuş şəxslər iyulun 21-i saat 11.00-dan iyulun 31-i saat 18.00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.


Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:


1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi və ya bakalavriat səviyyəsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);

2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün).


Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71.