Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 16:31:53
BDU-da magistratura üzrə plan yeri artıb

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-ci tədris ilində magistraturaya 1072 plan yeri ayrılıb.

AzEdu.az
xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən məlumat verilib.

Onlardan 774 yer Azərbaycan, 181 yer rus, 117 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 1024 yer olub.

Qeyd edək ki, BDU-nun magistraturasında 49 ixtisas, 246 ixtisaslaşma üzrə tədris aparılır.