Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 15:36:00
Təhsil İnstitutunda Yaponiyanın təhsil şirkəti ilə görüş keçirilib

17 iyul tarixində Təhsil İnstitutunda Yaponiyanın “KEİ Advanced, İnc & Nippon” Qlobal Təhsil və Qiymətləndirmə şirkəti ilə görüş keçirilib. Görüşdə sözügedən şirkətin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, görüşdə şirkətin direktoru Hiromitsu Sakata Yaponiyada keçirilən qiymətləndirmə praktikası və nəticələri, yapon təhsil sistemi, Özbəkistanda tətbiq olunan JAİCA layihəsi barədə təqdimat ilə çıxış edib.

 

Tərəflər arasında qarşılıqlı məlumat mübadiləsi aparılıb, təhsil sistemlərində olan problemlər və potensial layihələr müzakirə olunub.