Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 13:02:00
AzTU-da “Bilişim Vadisi Bakı”nın rezident şirkətlərinin təqdimatı olub

AzTU-da “Bilişim Vadisi Bakı” Mərkəzinin rezident şirkətlərinin təqdimatına həsr olunan tədbir keçirilib. Tədbirdə 15-dən çox ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, AzTU-nun rektoru Vilayət Vəliyev universitetlə Bilişim Vadisinin əməkdaşlığından danışıb. Bildirib ki, Bilişim Vadisinin mərkəzinin İzmirdən sonra Bakıda fəaliyyətə başlaması əhəmiyyətli hadisədir. Rektor deyib ki, “Bilişim Vadisi Bakı” Mərkəzi AzTU-da fəaliyyət göstərir. Mərkəzdə universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm layihələr həyata keçiriləcək. Beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələr həyata keçirmək istəyən digər universitetlər də “Bilişim Vadisi Bakı” Mərkəzi ilə əməkdaşlıq edəcəklər.

 

Türkiyənin Alanya Universitetinin rektoru Mesut Güner müasir universitet modelindən danışıb. Bildirib ki, müasir dövrün universitetləri təkcə təhsil verməklə kifayətlənmir, həmçinin sənaye ilə əlaqələrini inkişaf etdirir. AzTU-da fəaliyyətlərin bu standartlara uyğun qurulduğunu deyən rektor “Bilişim Vadisi Bakı” Mərkəzinin işinə uğurlar arzulayıb.

 

Daha sonra “Bilişim Vadisi Bakı”nın rezident şirkətlərinin təqdimatı olub. Sual-cavab formatında keçirilən təqdimatdan sonra qonaqlar AzTU-nun kampusu ilə tanış olublar.