Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 10:58:00
AzTU-nun dekanı beynəlxalq konfransda çıxış edib

AzTU-nun Energetika və avtomatika fakültəsinin dekanı, texnika elmləri doktoru Hüseynqulu Quliyev Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutunun (İrkutsk şəhəri) “Böyük energetik sistemlərin etibarlılığının tədqiqinin metodik məsələləri” adlı Elmi Seminarının 95-ci yubiley konfransında iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Hüseynqulu Quliyev konfransda “Energetik sistemlərin etibarlılığının təmin olunması üçün enerjisistemə inteqrasiya edilmiş külək stansiyalarının yekun təsirinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə böyük güclü bərpa olunan enerji mənbələrinin Azərbaycanın enerji sisteminə inteqrasiyası ilə bağlı problemlər əks olunub.

 

Qeyd edək ki, məruzənin materialları “РИНЦ” və “Scopus” bazasına daxil edilən jurnallarda nəşr ediləcək.