Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 10:16:04
DİM-in əməkdaşı beynəlxalq proqramda iştirak edib

2023-cü il 4-8 və 10-12 iyul tarixlərində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Hertie Məktəbinin birgə əməkdaşlığı ilə “Şərq tərəfdaşlığı ölkələrində təşkilati inkişaf üçün liderlikdə qadınlar” təhsil proqramının 2-ci və 3-cü mərhələləri baş tutub.

AzEdu.az xəbər verir ki, təhsil proqramında Azərbaycandan DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələrlə iş sektorunun müdiri Ayşən Atakişiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin dekanı Ülkər Şəfiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin Dövlət xidmətlərinin dizaynı sektorunun müdiri Könül Qaracayeva iştirak edib. Qeyd edək ki, təhsil proqramının əvvəlki və builki iştirakçıları arasında kommunikasiya yaratmaq məqsədilə təşkil edilən 3-cü mərhələsində öncəki proqrama iştirakçı qismində qatılmış Milli Məclisin əməkdaşları, panel sessiyada isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva iştirak edib.

Proqramın 2-ci mərhələsində planlama və idarəetmə, təşkilati struktur, proses və xidmətlərin oriyentasiyası, ağıllı qərarvermə, elektron dövlət, kollegial konsultasiya kimi mövzularda təqdimatlar nümayiş olunub, qrup işləri təşkil edilib və mövzular ətrafında müzakirələr aparılıb. Proqram müddətində Ailə, Yaşlı Vətəndaşlar, Qadın və Gənclər üzrə Federal Nazirliyə işgüzar xarakterli səfər təşkil edilib. Şəbəkələşmə (networking) mövzusuna həsr edilən 3-cü mərhələdə isə panel müzakirə təşkil olunub, proqram müddətində təqdim olunan mövzular ətrafında interaktiv formada fikir mübadisəli aparılıb və yekunda iştirakçılar təhsil proqramı ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, 2 təlim kursu və kommunikasiya olmaqla, ümumilikdə 3 mərhələdən ibarət olan təhsil proqramının ilk mərhələsi 2023-cü il 30 may – 3 iyun tarixlərində keçirilib.