Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 11:45:20
Fransız dili üzrə ən yüksək nəticə qazanan MÜƏLLİMLƏR

Ötən gün keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsindən fransız dili fənni üzrə ən yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb.

 

 

AzEdu.az xəbər verir ki, fransız dili fənni üzrə Rəhimova İlahə Rəşid qızı MİQ imtahanından 90.5 bal toplayaraq ən yüksək nəticəni göstərib.

 

 

Qeyd edək ki, İlahə Rəhimova 2022-ci ildə Azərbaycan Dillər Universitetinin “fransız dili müəllimliyi” ixtisasını bitirib. O, ötən il MİQ imtahanında iştirak edib, 84.5 bal toplayaraq Respublika ikincisi olub.

 

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, fransız dili fənnindən digər yüksək nəticə göstərən müəllim Sədəf Bağıyevadır. O, 87.5 bal toplayıb.

 

 

 

Fransız dili fənnindən Şirvan-Salyan bölgəsinin ən yüksək nəticə göstərən müəllimi Hadıyeva Fidan Fərhad qızıdır. O, Sözügedən fəndən 86.25 bal toplayaraq yüksək nəticə qazanıb.