Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 10:28:21
1359 azərbaycanlı həkim niyə Almaniyaya KÖÇÜB?

Almaniya Tibb Assosiasiyasının məlumatına görə, bu ölkədə xaricdən gələn 60 minə yaxın həkim çalışır. Onlardan 1359 nəfəri azərbaycanlı həkimlərdir.

Tanınmış kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyəti İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov Azərbaycandan yalnız Almaniyaya 1359 həkimin getməsinin çox düşündürücü olduğunu qeyd edib.

AzEdu.az xəbər verir ki, Ü.Rəhimov bu sayın zamanla artacağının proqnozlaşdırıb.

“Buna səbəb olacaq bir çox faktor var: təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa başladıqları yerlərdəki aldıqları psixolojik travmalar, güvənli-həkim haqlarını qoruyan-həkim və pasiyent əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması.
Yəqin ki, heç kəs Vətənini atıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi, xeyr, tam tərsi, gələcəklərini güvənə aldılar və məsləki olaraq işlərindən zövq alacaqlar. Üzücü olsa da, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400-dək həkim həmyerlim rahat olacaq və lazım gəldikdə buradakı gənc məsləkdaşlarımıza da yardım edəcəklər”.

 No description available.