Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 16:47:00
Hansı bölgələrdə müəllimlərin məzuniyyət pulu gecikib? - Nazirlikdən CAVAB

2022-2023 tədris ili artıq yekunlaşıb. Yay tətilinə çıxan şagirdlərlə yanaşı, müəllimlər də məzuniyyətə buraxılıblar. 

 

Lakin Azərbaycanın bir sıra bölgələrində müəllimlərə məzuniyyət maaşı hələ də verilməyib. 

 

Bununla bağlı bəzi təhsil işçiləri sosial şəbəkələrdə narazılıqlarını bildirirlər. 

 

AzEdu.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

 

Sorğumuza cavab olaraq bildirilib ki, ölkə üzrə təhsilverənlərin iyun ayı üzrə əməkhaqları vaxtında və tam ödənilib:                                                                          

 

“Məzuniyyət ödənişləri ilə bağlı isə bildiririk ki, əmək qanunvericiliyinə müvafiq olaraq bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında müvafiq əmrlə rəsmiləşdirildikdən sonra məzuniyyət haqları hesablanaraq dərhal ödənilir”.