Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 14:40:00
Yapon məktəblərində bütün dünyanı heyrətləndirəcək xüsusi dərslərə başlanılıb

Yaponiyanın təhsil mütəxəssisləri texnologiya dövrü ilə ayaqlaşa bilmək üçün məktəblərdə xüsusi dərslərə başlayıblar.

Yeniliklərə əsasən, burada orta təhsildən öncə texnologiya təhsili daha vacib sayılır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, burada klassik metodların əksini reallaşdıran şagirdlər müasir texnoloji cihazlar vasitəsilə  rəsm çəkir, onların 3D versiyasını xüsusi cihazlar vasitəsilə əldə etməyə çalışırlar.

Ölkədə bütün uşaqlar məktəbdən əvvəl planşetlər vasitəsilə digital dönəmə hazırlaşırlar. Bu zaman məktəblilər qələm və kağızdan istifadə etmirlər.

Təhsil mütəxəssisləri gələcəkdə rəqəmsal dünyanın rəqabətinə tab gətirə bilmək  üçün bu üsulun əhəmiyyətini vurğulayırlar.

Proqramın təşkilatçısı Yuhei Yamauchi sürətlə inkişaf edən dünyada yaşamağı bacarmaq üçün 3 şeyin vacib olduğunu bildirib. O qeyd edib ki, bunlardan birincisi yaradıcılıqdır. İkincisi, komanda ilə işləmək bacarığı, üçüncüsü isə elmi-texnoloji cihazlardan istifadədir.

Şagirdlərin kağızda çəkdikləri rəsmlər 3 D cihazlarda əks olunması, onları daha da həvəsləndirir.  Bu yeniliklərlə bərabər, məktəblərdə bəzi klassik metodların tətbiqi də davam edir. Uşaqların digital dərsləri 15 dəqiqə davam edir və ildə 30 dəfə həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları