Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 10:55:00
Son 30 ildə müəllimlərin işə qəbulda topladığı ortalma balın STATİSTİKASI

Elm və Təhsil Nazirliyi ötən gün müəllimlərin sertifikatlaşdırılmasının nəticələrini təhsil ictimaiyyətinə təqdim etdi.

Statistikaya görə, 1988-ci ildən 2018-ci ilə qədər müəllimlərin işə qəbulda topladığı ən aşağı ortalama balı 38, ən yüksək 51 olub.

 

AzEdu.az xəbər verir ki, 1988-ci ildən 2018-ci ilə qədər müəllimlərin işə qəbulda topladığı ortalama balın statistik göstəriciləri aşağıdakı kimidir:

1988-ci ildən əvvəl müəllimlərin ortalama balı 38 idi. 1988-1993-cü illər arası isə ortalama bal 40, 1993-1998-ci illərdə 42, 1998-2008-ci il aralığında 44, 2008-2013-cü illər ərzində 46, 2013-2018-ci illərdə isə ən yüksək ortalama bal 51 olub.

 

İllər ərzində 0-29 bal toplayanların statistik göstəriciləri isə belədir:

1988-ci ildən əvvəl 21%, 1988-1993-cü illər ərzində 18%, 1993-1998-ci il aralığında 12%, 1998-2003-cü illərdə 8%, 2003-2008-ci illər üzrə 7%, 2008-2013-cü illərdə 6% müəllim 0-29 aralığında bal toplayıb.

2013-2018-ci il aralığında isə bu rəqəm gözlə görünəcək dərəcədə azalıb və bütün müəllimlərin 0.4%-ni təşkil edib.