Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 11:46:00
“Brend tələbə” abituriyentlərə tövsiyələr verdi - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik.

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi  Təhmasib İmaməliyevdir. 

 

 - Sizi oxucularımıza necə tanıdaq?

 

- Mən, İmaməliyev Təhmasib Asif oğlu. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix və coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Universitetin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıram.

 

- Universitetdə aktiv tələbə kimi nə zamandan fəaliyyət göstərməyə başlamısınız?

 Açıklama yok.

- 2020-ci il noyabr ayından Tələbə Gənclər Təşkilatının fəalları sırasına qatılaraq, müxtəlif vəzifələrdə çalışmışam: təşkilatın qrup nümayəndəsi (menecer), Tarix və coğrafiya fakültəsinin rəhbər köməkçisi, Tarix klubunun rəhbəri, Tarix və coğrafiya fakültəsinin rəhbəri, ADPU Tələbə Gənclər Təşkilatının sədr müavini... Həmçinin, fəaliyyətim dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı nəşr olunan “Pedaqoji Universitetin Qəhrəmanları” kitabının həmmüəllifi olmuşam, “Tarix və coğrafiya fakültəsi 100 ildə” kitabında isə fakültənin təşkilat rəhbəri olaraq, ictimai fəal tələbə kimi haqqımda məlumat qeyd edilib. 

 

 - Yəqin ki, məktəbdə oxuduğunuz dönəmlərdə də digər şagirdlərdən seçilirdiniz...

 

 - Səmimi desək, məktəb dönəmlərində həmyaşıdlarımdan bir o qədər də fərqlənməmişəm. Lakin musiqi təhsilim, musiqiyə olan həvəsimin yaratdığı imkanlardan yararlanaraq təhsil ocağımızda keçirilən əksər tədbirlərin bədii hissəsinin həyata keçirilməsində iştirakçı olmuş, milli alətimiz olan tarda musiqilər ifa etmişəm.

 

- Universitet və ixtisas seçimini əvvəlcədən planlaşdırmışdınız? 

 Açıklama yok.

- Məktəb vaxtlarından humanitar fənlərə olan marağım məni hazırkı ixtisasıma yönləndirdi. Tarix fənni hər zaman maraq dairəmin mərkəzində olmuş, məhz ixtisas seçimimdə vacib rol oynamışdır. Qərarımdan da çox məmnunam.

 

- Ali məktəblərə qəbul imtahanları bu ay yekunlaşacaq və abituriyentlər ixtisas seçimi edəcək. İxtisas seçimində onlara nə kimi tövsiyələr verə bilərsiniz?

 

- Tövsiyələrim bundan ibarətdir ki, hər nə seçim edirlərsə etsinlər, öz sevdikləri sahəyə yönəlsinlər. Məhz ixtisas seçimini də bu yöndə etsinlər. Bəli, dövrün tələbləri, sosial tələbat nəzərə alınmalıdır, lakin həyatda hər şey insan üçündür. Buna görə də hər kəs ixtisas və peşə seçimində maraq dairəsini nəzərə almalıdır.

 

 - Tələbəlik dövründə heç çətin məqamlarla qarşılaşmısız? Yadınızda qalan bir hadisə varsa, bilmək istəyərdik...

Açıklama yok.

 

- Tələbəlik dövründə bir çox tələbələrin özünə xas problemləri olur, bunlar adi haldır. Lakin dəyişilməz qayda olaraq bütün dövrlərdə ictimai fəalların ortaq bir problemi mövcüddur. Tədris sahəsində akademik rifahının inkişafı ilə paralel, ictimai fəaliyyəti davam etdirib şəxsi reputasiyanı artırmaq... Ümumilikdə insan resursları ilə çalışmağın nə dərəcədə ağır olduğunu nəzərə alsaq, onda tələbələrlə işin də ağırlığını təxmin etmək çətin deyil.
Xatirimdə qalacaq xüsusi bir çətinliyim olmayıb.

 

 - Dil öyrənməyə marağınız varmı?

 

- Bəli, xüsusi maraq dairəmdə olmasa da, əlavə dil bacarıqlarının iş həyatında və digər sahələrdə nə qədər alternativlərə imkan yaratdığını görürük. Bakalavr pilləsində də rus bölməsi üzrə təhsilimi davam etdirməyim mənə zəngin rus ədəbiyyatından istifadə etməyimə köməklik göstərmişdir. Və yeni dillər öyrəndikcə, informasiya əlçatanlığının nə qədər asanlaşdığının bir daha şahidi oluruq.

 

- Təhsilinizi xaricdə davam etmək barədə düşünmüsünüz?

 
- Hələ ki təhsilimi Azərbaycanda davam etdirməyi düşünürəm. Hesab edirəm ki, istənilən halda təyinatından asılı olmayaraq insan təhsilini özü üzərində çalışaraq inkişaf etdirməli, bilik-savad səviyyəsinin yüksələn istiqamət üzrə artmasına çalışmalıdır.
 

- Ümumiyyətlə, gələcək plan və hədəflərinizə nələr daxildir?

 

- Gələcək planlarımın əsas hədəfi elmi və pedaqoji sahələrdə fəaliyyətimi davam etdirməkdir. Həyatda hər şey insanın inkişafı üçündür, amma təhsil sahəsinin insan faktoruna geniş təsir dairəsini nəzərə alsaq, bu gün üçün ən həlledici və ən aktual sahədir.