Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-28 12:33:14
Parisdə polis 17 yaşlı gənci öldürdü

Fransanın paytaxtı Parisdə 17 yaşlı yeniyetmə polis zorakılığının qurbanı olub.

 

 AzEdu.az xəbər verir ki, hadisənin görüntüləri sosial mediada yayılıb.

 

 Gənc avtomobil sürərkən polisin "dayan" əmrinə tabe olmayıb və bu zaman polis ona atəş açıb. Sinəsindən yaralanan gənc xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yeniyetməni güllələməkdə təqsirləndirilən polis məmuru saxlanılıb.

 

Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları keçirilib. Hadisələrdən sonra 24 nəfər saxlanılıb.

 

17 yaşlı gənc il ərzində Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Ötən il 13 nəfər eyni səbəbdən dünyasını dəyişib.