Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 17:01:47
"Mənim atam qəhrəmandır!" - Şəhid övladları Şahdilidə...

Abşeron Milli Parkında Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları və ailə üzvləri üçün "Mənim atam qəhrəmandır!" layihəsi çərçivəsində tədbir təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, ölkənin ən ucqar cənub-şərq nöqtəsində, rəmzi olaraq "Qartalın dimdiyi" adlandırılan Şahdilidə şəhid övladlarının əyləncəli gəzinti proqramı unudulmaz kompozisiyalarla davam edib, füsunkar Şahdili mənzərələri fonunda qəhrəman övladları yaddaqalan vaxt keçirib.

 

Layihə ölkədə şəhid ailələrinin asudə vaxtlarının səmərəli təşkili ilə tanınan "Fire Land Production"ın təşkilatçılığı və Abşeron Milli Parkının dəstəyi ilə həyata keçirilib.