Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 16:25:15
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin edildi

Müdafiə Nazirliyinin Mətbuat xidmətinə yeni rəis təyin olunub.


AzEdu.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi təyin edilib.

 

O indiyə qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini idi.


Bundan əlavə, A.Eyvazova polkovnik hərbi rütbəsi verilib.

 

Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib.