Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:35:00
UNEC: 1589 tələbə təhsil kreditinə müraciət edib

Tələbə Təhsil kreditləri respublikamızın ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi üçün verilir.

 

 

AzEdu.az olaraq 2021/2023 tədris illəri müddətində universitetlərdən ümumi nə qədər təhsilalanın Tələbə Təhsil Kreditinə müraciət etməsinə dair ali təhsil müəssisələrinə sorğu ünvaladıq.

 

Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (UNEC) üzrə 2021/2023-cü tədris illərində cəmi bakalavr və magistratura səviyyələri daxil olmaqla ümumi 1589 tələbə Təhsil Tələbə Kreditinə (TTK) müraciət edib.

 

Bu barədə UNEC-in Mətbuat katibi Elnarə Məmmədova AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Mətbuat katibinin verilən məlumata görə, 1372 müraciət təsdiq edilib. Əlavə olaraq 215 müraciətə imtina gəlib.

 

Məlumat üçün üçün qeyd edək ki, 2 natamam müraciət qeydə alınıb.