Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 13:41:09
Bu dəfə kişi ibtidai sinif müəllimi sertifikasiyadan 55 bal topladı

Adətən ibtidai sinif müəllimləri deyəndə gözümüz önün xanım təhsilverənlər gəlir.

Amma bəzi bölgələrdə ibtidai sinifdə tədrislə məşğul olan az sayda kişi müəllimlər də var.


Belə müəllimlərdən biri də Yardımlı rayonu Urakəran kəndindəki V.Bəndəliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi İlqar Ağababa oğlu Ağayevdir.


AzEdu.az xəbər verir ki, Yardımlı rayon Təhsil Şöbəsinin məlumatına görə, İlqar Ağayev təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 55 bal toplayıb.