Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 12:29:15
Bu şagirdlər Olimpiadada uğur qazanıb

16-20 iyunda Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası (Eupho 2023) təşkil edilib. 5 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş medal, 1 bürünc medal və 1 həvəsləndirici mükafat olmaqla ümumilikdə, 2 medal və 1 həvəsləndirici mükafat qazanıb.

 

AzEdu.az xəbər verir ki, onlardan Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medal, Quba rayonu, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafat qazanıb.

 

Qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2018-ci ildən etibarən iştirak edirlər və bugünə kimi 2 gümüş medal, 9 bürünc medal və 6 həvəsləndirici mükafat əldə ediblər.