Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 15:57:00
Beşyaşlı uşaqda sinir sistemi tam formalaşmayıb, o, məktəbə hazır deyil” – Hazırlıq qruplarındakı təhlükə

Beşyaşlı şagirdin sinir sistemi məktəb, ağır yük üçün hələ hazır deyil.

“Hazırlıq qrupunda elə şərait yaranmalıdır ki, uşağın qidalanması, istirahəti normal olsun. Əgər bunu təşkil edə bilmirlərsə, uşaq elə yerə heç  hazırlığa getməməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasındapediatr Surxay Musayev deyib. O, məktəbəqədər  hazırlıq qruplarına şagirdlərin 5 yaşından qəbul olunması ilə bağlı danışarkən, bir çox maraqlı məsələlərə toxunub.  O, bildirib ki, birincilərməktəbə 6 yaşında gedirlər, buna görə də hazırlıq qrupları istər-istəməz 5 yaşdan  başlayacaq. Burada əlavə seçim yoxdur, təəssüf ki... Bu, kompleks məsələdir:

“Zamanında tədrisin 6 yaşdan başlanması ilə bağlı qərar qəbul etdilər. Bəzi ölkələrdə bu yaş həddi 7-dir”

Uşaq beyninin yetişmə dövrü var. 2 və 6 aylıq uşaqların sinir sistemieyni deyil. Təbii ki, 5 yaşlı uşağın müəyyən şeyləri qavraması bir qədər çətindir. Amma bu məsələdə başqa yol yoxdur. Məktəbə getməzdən  bir il öncə hazırlığa başlamalıdırlar”.

Pediatrın sözlərinə görə, bunun bəzi tibbi çətinlikləri də var:

Öncəliklə, hər uşağın qavrama qabiliyyəti eyni olmur. Bəziləri ümumiyyətlə, qavraya bilmir. 5 yaşlı şagirdin sinir sistemi məktəb, ağır yük üçün hələ hazır deyil. Amma aralarında yetişmiş uşaqlar da var. Hər bir halda,  məktəb rejimi bu yaş üçün çox ağırdır.

Uzun illər, hətta Sovet dövründə də uşaqlar məktəbə 7 yaşdan gediblər. Bu dövrdə uşağın sinir sistemi, beyni formalaşmış olur. Bu gün deyirlər ki, indiki uşaqlar tez yetişirlər. İnformasiyaları çox olduğuna görə onları7 yaşacan saxlamaq düzgün deyil. Elə 6 yaşdan getsinlər”.

Həkim qeyd edib ki, hazırlıq qruplarının xüsusi rejimi olmalıdır. Çünki 5 yaşlı uşaq məktəb rejiminə davam gətirə bilməz:

“5 dəqiqə dərsdən sonra 5 dəqiqə fasilə ona uyğun deyil. Beləolmamalıdır, o, uşaqdır. Hazırlıq qrupunda elə şərait yaranmalıdır ki, uşağın qidalanması, istirahəti normal olsun. Əgər bunu normal təşkil edə bilmirlərsə, uşaq elə yerə hazırlığa getməməlidir. Uşağı yormaq olmaz. Onun mərkəzi sinir sistemi o qədər həssas və zərifdir ki, bu yükə tab gətirə bilmir.

Təəssüf ki, orta məktəblər proqramı şagirdləri məktəbdən bezdirir. Bu məsələdədünya təcrübəsindən də yararlanmaq lazımdır".

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında dərslər artıq başlanıb. Qruplara 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Mayın 31-də başa çatacaq məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları