Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:40:10
Məktəblərdə maarifləndirici görüşlər keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində şagird, valideyn və müəllimlər üçün elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib. 

  

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, maarifləndirici görüşlər Bakı, Sumqayıt və Xırdalan üzrə ümumilikdə 15 məktəbdə təşkil edilib. 

  

Görüşlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən portal.edu.az, mektebeqebul.edu.az, sy.edu.az  dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb. 

  

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.