Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 17:18:02
I və IV qruplarda 8 nəfərin nəticəsi LƏĞV OLUNUB

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

AzEdu.az xəbər verir ki, budəfəki imtahandan da qovulanlar olub.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən  abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.