Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 11:39:00
Sertifikasiya imtahanından 35 dəqiqəyə 54 bal toplayan müəllim - “Çox rahat idi”

Məlum olduğu kimi, bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilib.

 

20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

 

AzEdu.az-ın xəbərinə görə, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən biri 35 dəqiqəyə imtahanı bitirərək 54 bal toplayıb.

 

Qeyd edək ki, sertifikasiyanın test imtahanı mərhələsində maksimum bal 60-dır.

 

İmtahanı yüksək nəticə ilə bitirən müəllim öz təəssüratlarını bölüşüb:

 

“Mən Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 208 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəmsiyyə İsmayılova düşünürəm ki, imtahan çox şəffaf şəkildə aparıldı. İxtisasımızdan kənar heç bir sual salınmamışdı. İmtahan olduqca rahat idi və yaxşı nəticə əldə etdim. Ümimiyyətlə sertifikasiyanın keçirilməsini müsbət qiymətləndirirəm. Müəllimlər bunun sayəsində öz üzərilərində işləməyi öyrənirlər”.