Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 17:41:44
Evdə partlayış: ana və 2 azyaşlı övladı ağır xəsarət alıb

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

 

AzEdu.az APA-ya istinadən xəbə verir ki, hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.

 

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.