Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 14:30:00
Lisey və gimnaziyaların 6-cı siniflərinə qəbul imtahanları keçirilib

İyunun 17-də bir sıra lisey və gimnaziyaların 6-cı siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz üzrə ümumilikdə 33 mərkəzdə təşkil edilib.



Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.