Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 17:11:50
BMU-nun əməkdaşı astroseminarda çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı Həzi Qasımov  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən astroseminarda məruzə ilə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, Rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

 

Sonra BMU əməkdaşı H.Qasımov “Periodik kometlərin ailələrə bölünməsi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzəçi bildirib ki, tədqiqat işi periodik kometlərin afeli məsafələrinin Günəş sisteminə mənsub olan nəhəng planetlərin yaxınlığında konsentrasiyası məsələsinə həsr olunub. İşdə periodik kometlərin afeli məsafələrinin statistik təhlili aparılıb. Tədqiqata Günəş ətrafında dolanma periodu 200 ildən kiçik olan kometlər cəlb olunub. Baxılan kometlərin başlıca dinamik xüsusiyyəti onların afelilərinin nəhəng planetlərin yaxınlığında qeyri-bərabər paylanmasıdır.

 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Sonda mövzu ətrafında geniş diskussiya aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.