Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 10:52:50
120-dən çox şagird inklüziv təhsilə cəlb edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.

 

İdarədən AzEdu.az-a bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.

 

Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.