Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 17:24:19
Əlilliyi olan 162 şagird dərs ilini başa vurub

Təhsil İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində 10 region üzrə 22 ümumi təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunur.


AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.


Qeyd olunub ki, bu təhsil müəssisələrində 50 qız və 112 oğlan olmaqla, ümumilikdə, 162 əlilliyi olan şagird 2022/2023-cü tədris ilini müvəfəqqiyyətlə başa vurub.