Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 14:30:57
AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktorunun müavini İlqar İsayev, ASC-nin şöbə müdiri Elxan Bayramov universitetin rəhbər heyəti, müəllim və tələbələr iştirak edib.

 

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

 

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqı 30 ildir 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar tarixlə xalqımızın gələcək həyatının ən önəmli başlanğıclarının əsası qoyulub. Rektor deyib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan dünyada söz sahibidir.

 

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin şöbə müdiri Elxan Bayramov Milli Qurtuluş Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı var olduqca Ulu Öndərin ideyaları da daim yaşayacaq.

 

Tədbirdə “Heydər Əliyev-100” adlı esse müsabiqəsinin qalibi olan AzTU tələbələri mükafatlandırılıb. AzTU-nun bir qrup əməkdaşı partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub. Həmçinin AzTU-nun bir qrup əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim olunub.