Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 13:41:00
Özbəkistanda TDT təhsil nazirlərinin iclası keçirilib - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən 7-ci iclası başa çatıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

 

Tədbirdə iştirak edən TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, quruma daxil olan ölkələr arasında elm və təhsil təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

 

Onun sözlərinə görə, “Türk dünyası-2040” proqram sənədində bu sahənin inkişafı ilə bağlı xüsusi vəzifələr müəyyənləşib.

 

İclas çərçivəsində iştirakçıları təhsilin müxtəlif pillələri ilə bağlı müzakirə aparıblar.

 

TDT daxilində beynəlxalq olimpiyada və müsabiqələrin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

***

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin növbəti iclası keçirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

 

Qeyd olunub ki, bu, TDT təhsil nazirlərinin 7-ci iclasıdır.

 

Tədbirə Özbəkistan Təhsil Nazirliyi ev sahibliyi edir.

 

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.