Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 16:36:40
Son sutkada 1 nəfər yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 3 nəfər sağalıb.

 

Bir nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 831 882 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 584 nəfər müalicə olunaraq sağalıb, hazırda 17aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 145, bu günə qədər isə ümumilikdə 7 633 559 test icra olunub.

 

Eyni zamanda ölkədə son sutka ərzində 78 nəfər vaksinasiya olunub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 244 olub.