Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 13:05:35
Bakıda 48 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Bakıda 48 208 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb.

 

Bu barədə AzEdu.az-a a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, 2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 48 208 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

 

Qeyd olunub ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.