Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 12:37:21
Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz! - Deputatdan ETİRAZ

"“Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbulu mənasızdır. O bizim milli mentalitentə uyğun deyil”.

 

Azedu.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Siyavuş Novruzov bildirib.

 

“Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsiyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, - deyə deputat qalmaqallı fikirlər səsləndirib.