Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 13:26:09
Bulvar İdarəsi skuterlərə icazə verdi - Amma bir şərtlə

Dənizkənarı Bulvar İdarəsi (DBİ) yenidən skuterlərə icazə verib.

AzEdu.az
xəbər verir ki, bu barədə DBİ-nin məlumatında deyilir.

"Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olub. Hər iki tərəfin asudə vaxtını bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq", - deyə məlumatda qeyd olunur.

İdarə skuterçilərdən qaydalara riayət etməyi xahiş edib. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.