Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 13:11:23
DİM Azərbaycan dili və dövlət qulluğuna imtahan verənlərə müraciət edib

18 iyunda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi), PMS (II mərhələ) və dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

1. Azərbaycan dili (dövlət dili kimi) imtahanında 25 may – 5 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

 

-Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=126) çap etməlidirlər.

 

-Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini buradan (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=110) çap etməlidirlər.

 

2. Peşəkar mühasib sertifikatı imtahanında (II mərhələ) iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

 

3. Dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər isə “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

 

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.