Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-10 14:19:13
Ağdaşda yeniyetmənin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin dalğıcları su kanalında batması ehtimal olunan şəxsin axtarışları nəticələnib.

AzEdu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun axtarışlarına başlayıblar.

Axtarışlar nəticəsində kanalda batan şəxsin meyiti tapılıb. Məlumata görə tapılan Fövqəladə Hallar Nazirliyinin dalğıclar tərəfindən aşkarlanan meyit yeniyetməyə aiddir.