Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 14:14:00
Bu universitetlərimiz də təyinat vermirmiş – Aralarında cəmi yeddisi...

Tələbələri narahat edən əsas məqamlardan biri təhsil aldıqları ixtisasın gələcək iş imkanlarıdır. Abituriyentlər də seçim edərkən məhz bu məqama xüsusi diqqət yetirirlər. Ancaq Azərbaycanda fəaliyyət göstərən universitetlərin əksəriyyəti sonda tələbəyə sadəcə, diplom verir, onları təyinatla ixtisasına uyğun işlə təmin edə bilmir.

Hazırda ölkədə 54 ali təhsil müəssisəsində-həm dövlət, həm özəl - və bu ali 165 mindən çox tələbə təhsil alır. Onlardan cəmi 7-si məzunlarını işlə təmin edir.

AzEdu.az xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələridir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası məzunları işlə təmin etmir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bakalavriat pilləsini bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunlar, yalnız vakant iş yeri olduğu halda müsabiqə ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərində və müəssisələrində yüksək əmək haqqı və zəmanətli işlə təmin olunurlar.

Azərbaycan Tibb Universitetdə rezidenturaya keçidlə bağlı təyinat 2011-ci ildə ləğv olunub. Rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında olmayan və rezidenturaya qəbul olmayan məzunlar baza ali tibb təhsili əsasında respublikanın müxtəlif bölgələrindəki tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul ola bilərlər. Rezidenturada təhsil alan tələbələr isə işlə təmin olunurlar.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi həkim işi ixtisası  üzrə təhsil alan tələbələr də təhsillərini başa vurduqdan sonra işlə təmin olunurlar.

Son illərdə I ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlərin seçimi olan Bakı Ali Neft Məktəbi də tələbələri işlə təmin etməyə zəmanət vermir. Sadəcə,  olaraq tələbələr tədris proqramı çərçivəsində öz bilik və bacarıqlarını göstərdiyinə görə müxtəlif yerli və transmilli şirkətlərdə təcrübə keçdikləri zaman iş yerlərini özləri qazanırlar.

Ən reytinqli universitetlərdən hesab olunan Azərbaycan Diplomatik Akademiyasında da məzunların işlə təmin olunmasıyla bağlı heç bir zəmanət verilmir.

Yuxarıda qeyd olunan universitetlər istinasla olmaqla yerdə qalan bütün ali təhsil müəssisələrdində tələbələrin işlə təmin olunmasıyla bağlı təyinat sistemi mövcud deyil.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları