Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 13:03:00
Jurnalistikanın magistraturasına qeyri-ixtisaslı bakalavr da sənəd verə bilər

Ali məktəblərin magistraturasına qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisas seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri ixtisasdan asılı olmayaraq, jurnalistika üzrə magistratura ixtisaslaşmalarına müraciət edə bilərlər.

 

AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) bununla açıqlama verib.


Belə ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunan müddətlərdə Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidir.

 

Bu zaman həmin şəxs "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda və ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.